İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Hazırda oxunan: İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

631660

İran amerikalı hərbçilərin əsir götürülməsi və ya məhv edilməsinə görə böyük məbləğdə mükafat vəd edib.

Bizim.Media IRIB teleradioşirkətinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun komandanı Əmir Hatəmi məlumat verib.
 

O bildirib ki, iranlılar öldürülən və ya əsir götürülən hər bir ABŞ əsgərinə görə 30 min dollar ala biləcəklər. Bununla yanaşı, "bu işdə uğur qazanan cəsarətli qadınlara" iki dəfə çox ödəniş ediləcəyi vəd olunub.


Bundan əlavə, İran ordusu amerikalı hərbçilərin məhv edilməsində istifadə olunacaq silahları da satın almağa hazırdır. Həmin silahlar üçün bazar qiymətindən iki dəfə yüksək məbləğ təklif olunur. Həmçinin təhvil verilən silahın əvəzinə yenisinin verilə biləcəyi də qeyd edilir.

Bundan əvvəl isə ABŞ prezidenti Birləşmiş Ştatların İranı məhv etmək iqtidarında olduğunu, lakin bunu istəmədiyini bəyan etmişdi. O xəbərdarlıq etmişdi ki, İran tərəfindən hər hansı bir hücum olarsa, Vaşinqtonun cavab tədbirləri yüz dəfə daha güclü olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO