Ermənistanın Armavir vilayətində, Crarat kəndi yaxınlığında elektrik verilişi xətti İrəvan–Gümrü istiqamətində hərəkət edən sərnişin qatarının vaqonunun üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, hadisə dünən saat 19:00 radələrində baş verib.
Nəticədə vaqonun taxta konstruksiyasında və relslərin yaxınlığında yanğın başlayıb. Sərnişinlər və qatar əməkdaşları alovun yayılmasının qarşısını alıblar. Daha sonra yanğın tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Bizim.Media

- A-
- A
- A+
Region
09:20 / 16.08.2026
Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü
Hazırda oxunan: Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü
Hazırda oxunan: Ermənistanda sərnişin qatarının üzərinə elektrik xətti düşdü
631378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































