Trampla Paşinyan TRIPP layihəsinin icrasını MÜZAKİRƏ ETDİ

Trampla Paşinyan TRIPP layihəsinin icrasını MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Trampla Paşinyan TRIPP layihəsinin icrasını MÜZAKİRƏ ETDİ

630023

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bizim.Media "apa.az"a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
 

Paşinyan 2025-ci il avqustun 8-də Ağ Evdə Vaşinqton Sülh Sammitinin təşkilinə, eləcə də Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi birgə bəyannaməni şahid qismində imzaladığına görə Trampa təşəkkür edib.


Ermənistanın Baş naziri sülhün əldə olunmasında Trampın şəxsi səylərinin həlledici əhəmiyyət daşıdığını bildirib.

Tərəflər Vaşinqton Sülh Sammitinin Ermənistan və Azərbaycan arasında real sülhün yaranmasına gətirib çıxardığını və bunun hər iki ölkənin xalqları tərəfindən hiss olunduğunu qeyd ediblər.

Telefon danışığı zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasının hazırkı vəziyyəti də müzakirə olunub.

Paşinyan və Tramp TRIPP-ın tikintisi üzrə işlərə yaxın gələcəkdə başlamaq əzmində olduqlarını təsdiqləyiblər.

Tərəflər həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətlərinə və beynəlxalq gündəliyə dair digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO