Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Hazırda oxunan: Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

629049

Ermənistan parlamentində keçirilən səsvermənin nəticələrinə əsasən Ruben Rubinyan Milli Məclisin sədri seçilib.

Bizim.Media xəbər verir ki, onun namizədliyini hakim "Vətəndaş Müqaviləsi" Partiyasının 63 deputatı dəstəkləyib, 28 deputat isə əleyhinə çıxıb.

Müxalifət Rubinyanın namizədliyini dəstəkləməyib. "Güclü Ermənistan" fraksiyası onun əleyhinə səs verib, "Ermənistan" bloku isə səsvermədə iştirak etməyib.
 

Müzakirələr zamanı müxalifət Rubinyanın namizədliyini kəskin tənqid edib, o isə cavabında bəzi müxalif deputatların gizli səsvermədə ona səs verə biləcəyini iddia edərək istehzalı açıqlama verib.


Rubinyan bundan əvvəl parlament sədrinin müavini və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO