Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Hazırda oxunan: Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

628765

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkənin gələcəyinin İran xalqı tərəfindən müəyyən ediləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

Pezeşkian yazıb ki, iki il əvvəl fəaliyyətə başlaması İsrail tərəfindən öldürülən “sevimli qonaq”ın (red. HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə) qətli ilə eyni dövrə təsadüf edib.
 

Prezidentin sözlərinə görə, həmin vaxtdan bəri İrana “məcburi müharibələr”, ardıcıl təzyiqlər və düşmənçiliklər tətbiq olunub.


“Bütün bu çətin günlərdə əsl qəhrəmanlar İran xalqı oldu. İranın gələcəyini də məhz İran xalqı müəyyən edəcək”, – deyə Pezeşkian paylaşımında vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO