Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

Hazırda oxunan: Putin Rusiya ordusunun sayını artırdı

627836

Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını 27 min nəfər artırmaq barədə fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərci portalında yerləşdirilib.
 

Sənəddən məlum olur ki, bu qərar hərbi-tikinti bölmələrinin yaradılması ilə əlaqədar qəbul edilib. İndi Rusiya Silahlı Qüvvələrinin ştat sayı 1 milyon 535 mini hərbi qulluqçu olmaqla, cəmi 2 milyon 426 min 130 nəfər təşkil edəcək.


Fərman 2026-cı il avqustun 1-dən qüvvəyə minir.

Xatırladaq ki, iyun ayında Putin ölkədə Silahlı Qüvvələrinin sayını 1 milyon 510 mini hərbi qulluqçu olmaqla, 2 milyon 399 min 130 nəfərə qədər artırmışdı. Beləliklə, yeni fərmandan sonra mülki heyətin sayı 2 min nəfər, hərbçilərin sayı isə 25 min nəfər artmış olacaq

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO