Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda yol polisi tərəfindən keçirilən alkoqol yoxlaması zamanı maraqlı anlar yaşanıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, yol polisi nəzarət tədbirləri çərçivəsində bir avtomobili saxlayaraq sürücünü alkoqol testindən keçirib.
Sürücü alkotesterə həyəcanla nəfəs verdikdən sonra nəticəni gözləyib. Alkotester yoxlamasından sonra nəticəsinin mənfi olduğunu öyrənən sürücü sevincini gizlədə bilməyib.
Aldığı xəbərdən sürücü sevinc yaşayaraq kameralara əl yelləyib və sevincini ətrafdakılarla bölüşüb. Sürücünün səmimi reaksiyası hadisə yerində olan polis əməkdaşları və digər şəxslərin də gülümsəməsinə səbəb olub. Həmin anlar kameralar tərəfindən qeydə alınaraq sosial şəbəkələrdə maraqla qarşılanıb. (sonxeber.az)
Bizim.Media

- A-
- A
- A+
Region
07:29 / 11.07.2026
Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO
Hazırda oxunan: Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO
Hazırda oxunan: Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO
624571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































