Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hazırda oxunan: Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

622984

“İsrail bütün beynəlxalq ictimaiyyət üçün problemə çevrilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan "CNN Türk" telekanalının efirində səsləndirib.

"Biz tutduğumuz mövqedən geri çəkilmək niyyətində deyilik. İsrail yalnız Türkiyə üçün problem deyil, o, bütün dünya üçün bir problemə çevrilib. İsrail hakimiyyəti bəşəriyyətin artıq dözə bilməyəcəyi bir yükə çevrilib", - deyə Fidan bildirib.

O xatırladıb ki, Qəzza zolağındakı təcavüzə görə İsrail ilə ticarəti dayandıran ilk ölkə Türkiyə olub.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bir gecədə İsrail ilə illik həcmi 10 milyard dollar olan ticarəti dayandırdı. Qətiyyətli mövqe nümayiş etdirmək və nəsə etməyə başlamaq vacibdir", - deyə Türkiyə XİN rəhbəri bəyan edib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin may ayından etibarən yəhudi dövləti ilə bütün ticarət əlaqələrini tamamilə dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO