Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Hazırda oxunan: Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

618786

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ-yə və onun müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, yanlış strategiyalar və tələsik qərarlar regionda vəziyyəti daha da ağırlaşdıracaq.

Bizim.Media xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
 

“Yanlış strategiyalar və düşünülməmiş qərarlar bütün vəziyyəti daha pis istiqamətə dəyişəcək, enerji infrastrukturunu və bazarları sarsıdacaq, sizi illərlə içində qalacağınız sonsuz bir bataqlığa sürükləyəcək”, - deyə o qeyd edib.


İran parlamentinin sədri əlavə edib ki, belə addımların nəticəsində beynəlxalq ictimaiyyət fərqli bir İranla qarşılaşacaq.

“Siz fərqli bir İran görəcəksiniz”, - deyə Qalibaf vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO