Ermənistan hökumətinin tərkibi dəyişəcəkmi? – Paşinyandan AÇIQLAMA

Ermənistan hökumətinin tərkibi dəyişəcəkmi? – Paşinyandan AÇIQLAMA

Hazırda oxunan: Ermənistan hökumətinin tərkibi dəyişəcəkmi? – Paşinyandan AÇIQLAMA

618691

Ermənistan hökumətinin tərkibində böyük kadr dəyişiklikləri gözlənilmir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan iyunun 11-də keçirdiyi brifinqdə bəyan edib.

Paşinyan konkret olaraq hansı xırda dəyişikliklərin baş verəcəyini açıqlamasa da, rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının hökuməti təkbaşına formalaşdıracağını, lakin buna baxmayaraq, hakim qüvvənin digər əməkdaşlıq təkliflərindən də imtina etməyəcəyini qeyd edib.

Seçki kampaniyası dövründə administrativ resurslardan istifadə olunması barədə sualı cavablandıran Paşinyan iddia edib ki, Ermənistan tarixində hələ heç bir ölkə rəhbəri seçicilərlə görüşmək üçün bu qədər məsafə qət etməyib və enerji sərf etməyib:

"Əgər administrativ resursa güvənsəydik, bu qədər enerji sərf etməyin nə mənası var idi? Mən ümidimi Ermənistan vətəndaşına bağlayıram və onunla dialoq aparıram. Başqa alətimiz yoxdur, olmayıb və olmayacaq".

Baş nazir seçkilərdə səsvermə hüququ ilə bağlı cəmiyyətdə yeni bir tələbin formalaşdığını bildirib. O, səsvermənin faktiki daimi yaşayış yeri üzrə keçirilməsinə dair senz qoyulması tələbinə reaksiya verilməli olduğunu vurğulayıb. (Qeyd: Burada söhbət son seçkilərdə Rusiya Federasiyasında yaşayan Ermənistan vətəndaşlarının səsvermədə iştirakından gedir. Xatırladaq ki, həmin vətəndaşlar 2018-ci ildə Paşinyanın özünü aktiv şəkildə dəstəkləmişdilər).

Mərkəzi Seçki Komissiyasının rəsmi bəyanatını gözləmədən öz partiyasının qələbəsini elan etməsinə görə tənqid olunan Paşinyan buna bəraət qazandırmağa çalışıb.

O qeyd edib ki, həmin an üçün əllərində olan sosioloji sorğular və bir sıra seçki məntəqələrindən daxil olan ilkin rəsmi nəticələr ona bu bəyanatı səsləndirməyə tam əsas verib.

Konstitusiya referendumunun gələcək taleyi ilə bağlı suala cavab verən Paşinyan qısaca bildirib ki, bu məsələ ətraflı müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO