Məşhur müğənninin evinə raket qalıqları düşdü – FOTO

Məşhur müğənninin evinə raket qalıqları düşdü – FOTO

Hazırda oxunan: Məşhur müğənninin evinə raket qalıqları düşdü – FOTO

618086

Rusiyalı müğənni Andrey Makareviçin İsraildə yerləşən evinə raket qalıqları düşüb.

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, bu barədə musiqiçinin həyat yoldaşı Eynat Klyayn sosial şəbəkədə məlumat yayıb.
 

O bildirib ki, İran raketinin qalıqları Hayfa yaxınlığındakı Kerem Maxaral kəndində yerləşən evinin həyətyanı sahəsinə düşüb. Nəticədə uşaq otağının şüşələri sınıb, bağ sahəsinə isə metal qırıntıları səpələnib.


Hadisə zamanı ailə evdə olmayıb. Onlar qonaqlıqdan qayıdarkən hava həyəcanı siqnalı verilib və ailə yerə uzanaraq təhlükənin bitməsini gözləyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO