Anna Akopyan Nikol Paşinyanla bağlı QƏRARINI VERDİ

Anna Akopyan Nikol Paşinyanla bağlı QƏRARINI VERDİ

Hazırda oxunan: Anna Akopyan Nikol Paşinyanla bağlı QƏRARINI VERDİ

615833

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində hakim "Mülki Müqavilə" partiyasının seçki kampaniyası gərgin anlarla davam edir. Erməni mətbuatının və müstəqil ekspertlərin yaydığı son məlumatlara görə, Baş nazir Nikol Paşinyanın ölkə daxilində apardığı görüşlərdə ciddi ictimai etirazlarla və reytinq itkisi ilə üzləşməsi fonunda komanda yeni taktikaya əl atıb.

Bizim.Media xəbər verir ki, cəmiyyətdə yaranan aqressiyanı yumşaltmaq və seçicilərin emosional dəstəyini yenidən qazanmaq məqsədilə Baş nazirin həyat yoldaşı Anna Akopyan seçki kampaniyasının son günündə və İrəvanda keçiriləcək böyük final mitinqində rəsmən Nikol Paşinyana qoşulacaq.

Erməni mediası xatırladır ki, cari ilin fevral ayında Anna Akopyanın sosial şəbəkələr vasitəsilə vətəndaş nikahlarına son qoyduqlarını və hökumət bağını tərk etdiyini elan etməsi ölkədə böyük siyasi səs-küyə səbəb olmuşdu. Müxalifət və "Müstəqil Müşahidəçi" (Independent Observer) koalisiyası bu addımın sırf hüquqi məsuliyyətdən qaçmaq üçün hesablanmış "siyasi tryuk" olduğunu iddia etmişdi.
 

Qanunvericiliyə görə, namizədlərin və onların yaxın qohumlarının seçkiöncəsi dövrdə xeyriyyəçilik fəaliyyəti qadağandır. Anna Akopyanın rəhbərlik etdiyi "Mənim addımım" (My Step) fondu isə həmin ərəfədə aktiv şəkildə yardımlar paylayır və pulsuz kurslar keçirdi. Müxalifət bu fəaliyyəti "gizli seçki rüşvəti" adlandıraraq məhkəməyə müraciət etmişdi. Akopyanın kağız üzərində boşanaraq hüquqi qohumluq bağını qoparmasının məhz bu qadağadan yan keçmək məqsədi daşıdığı bildirilirdi.


Lakin aprelin sonlarında cütlüyün Gümrüdəki konsertə birgə qatılması ilə "ayrılıq ssenarisi" rəsmən başa çatdı. Erməni siyasi şərhçilərinin fikrincə, hakim partiyanın reytinqinin kritik həddə düşməsi Paşinyanı sınaqdan çıxmış köhnə üsula – həyat yoldaşının imicindən və ailə faktorundan yararlanmağa məcbur edib.

Anna Akopyanın kampaniyanın son günlərində aktiv şəkildə səhnəyə çıxması, onun həm də "Mülki Müqavilə" partiyası daxilindəki nüfuzunu və Paşinyanın ən yaxın siyasi sirdaşı statusunu qorumaq cəhdi kimi qiymətləndirilir. Müxalifət dairələri isə bu gedişin seçiciləri aldatmağa yönəlmiş növbəti şou olduğunu bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO