İranda “gəlin maşınları” gündəm oldu – VİDEO

İranda “gəlin maşınları” gündəm oldu – VİDEO

Hazırda oxunan: İranda “gəlin maşınları” gündəm oldu – VİDEO

614069

Son günlərdə Tehranda qeyri-adi kütləvi nikah mərasimi keçirilib.

Bizim.Media “Fars News” agentliyinə istinadla xəbər verir ki, eyni vaxtda şəhərin müxtəlif bölgələrində ümumilikdə 1000 cütlük ailə həyatı qurub.

Mərasimin ən çox diqqət çəkən detalı isə toy karvanı olub. Bildirilir ki, hərbi avtomobillər və zirehli texnikalar çiçəklər, eləcə də çəhrayı və ağ şarlarla bəzədilərək gəlin maşınlarına çevrilib.

Bu texnikaları bəylərin özlərinin idarə etdiyi qeyd olunur.

Tədbirin əsas mərkəzlərindən biri İmam Hüseyn meydanı olub və burada 110 cütlük nikaha daxil olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO