Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

Hazırda oxunan: Türkiyədə AİLƏ DRAMI – Ata-oğulun yemək davası qanla bitdi – VİDEO

612854

Samsunun İlkadım rayonunda mübahisə etdiyi atasını tapança ilə 8 güllə vuraraq öldürdükdən sonra jandarmaya təslim olan şəxs məhkəmənin qərarı ilə həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə ötən axşam İlkadım rayonunun Kadamut məhəlləsində baş verib.

Samsun Böyükşəhər Bələdiyyəsinin heyvan sığınacağında çalışan 35 yaşlı Doğan Can Y. evdə atası, 59 yaşlı İbrahim Y.-yə tapança ilə 8 dəfə atəş açıb. Ata aldığı yaralardan hadisə yerində həyatını itirib.

Doğan Can Y. atasını vurduqdan sonra İlkadım Rayon Jandarma Komandanlığına gedərək təslim olub.
 

Subay və ailənin yeganə övladı olduğu bildirilən Doğan Can Y. ifadəsində atasının çox spirtli içki qəbul etdiyini, daim onun həyatına müdaxilə etdiyini və tez-tez mübahisə yaratdığını deyib. O bildirib ki, hadisə günü işə getməyərək xəstəlik vərəqəsi götürüb.


Şübhəlinin sözlərinə görə, atası onu evə çağıraraq yemək hazırlamağını istəyib. Həmin vaxt yataq xəstəsi olan anasına kömək etdiyini deyən Doğan Can Y. atasının yenidən təhqiramiz ifadələr işlədərək qabı ona tərəf atdığını bildirib.

O, atasının “ikinizi də öldürəcəyəm” deyərək mətbəxə getdiyini və bıçaqla hücum etdiyini düşündüyü üçün yatağın altındakı qanuni silahını götürərək atəş açdığını söyləyib.

Jandarmada dindirildikdən sonra Samsun Ədliyyəsinə göndərilən Doğan Can Y. növbətçi məhkəmənin qərarı ilə həbs olunub. O, həbsxanaya aparılarkən jurnalistlərə “Çox peşmanam. Heç kim atasını öldürmək istəməz. Allah bu dərdi heç kimə yaşatmasın” deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO