İranın ali rəhbəri Müctəba Xameneyinin fevral ayındakı hava hücumu zamanı aldığı xəsarətlər demək olar ki, tamamilə sağalıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Al Araby" telekanalı Ali rəhbərin Ofisinin protokol xidmətinin rəhbəri Məzahər Hüseyniyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, 28 fevral hücumu zamanı Xamenei partlayış dalğası nəticəsində yıxılıb, dizindən və kürəyindən xəsarət alıb, həmçinin qulağının arxasında kiçik kəsik yaranıb.
"Kürək nahiyəsindəki zədə sağalıb, dizinin isə tezliklə bərpa olunacağı gözlənilir", - nəşrin məlumatında deyilir.
Hüseyni vurğulayıb ki, ali rəhbər hazırda tam sağalıb.
İranlı rəsmi Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı narahatlıq üçün heç bir səbəb olmadığını bildirib və əlavə edib ki, düşmən qüvvələr sui-qəsd təşkil etmək məqsədilə onun haqqında qeydlər və ya məlumatlar əldə etməyə çalışırlar.
Bizim.Media

- A-
- A
- A+
Region
20:53 / 09.05.2026
Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR
Hazırda oxunan: Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR
Hazırda oxunan: Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR
612211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































