Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hazırda oxunan: Cevdet Yılmaz Ermənistana səfər edəcək

610740

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında ölkəsini təmsil edəcək.

Bizim.Media xəbər verir ki, Anadolu Agentliyinin yaydığı məlumata görə, “Gələcəyi qurmaq:
 

Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək toplantıda demokratik dayanıqlığın gücləndirilməsi, əlaqəliliyin inkişafı, iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə olunacaq.


Məlumata görə, görüşdə həmçinin regionda baş verən son hadisələr və qlobal problemlər də gündəmdə olacaq.

Qeyd edək ki, Cevdet Yılmazın İrəvana səfəri Türkiyədən bu səviyyədə Ermənistana həyata keçirilən ilk səfər olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO