Rusiyada Yaroslavl neft emalı zavoduna PUA hücumu - VİDEO

Rusiyada Yaroslavl neft emalı zavoduna PUA hücumu - VİDEO

Hazırda oxunan: Rusiyada Yaroslavl neft emalı zavoduna PUA hücumu - VİDEO

609383

Rusiyanın Yaroslavl vilayətində yerləşən neft emalı zavodunda güclü yanğın baş verdiyi bildirilir.

Bizim.Media xəbər verir ki, Ukrayna mediası və OSINT mənbələri müəssisənin gecə saatlarında PUA hücumuna məruz qaldığını yazıblar.
 

Məlumata görə, hadisə zamanı zavod ərazisində ardıcıl partlayış səsləri eşidilib. Yerli sakinlər 15-dən çox güclü partlayış səsi eşitdiklərini bildiriblər.


Bundan sonra müəssisədə genişmiqyaslı yanğın başlayıb. Yaroslavl neft emalı zavodunun Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olduğu qeyd olunur.

Hadisə ilə bağlı Rusiya rəsmilərinin hələlik geniş açıqlama vermədiyi bildirilir. Tələfat və dağıntıların miqyası barədə dəqiq məlumat yoxdur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO