Türkiyədə məktəbdə qətliam törədən şagirdin ATASI saxlanıldı

Türkiyədə məktəbdə qətliam törədən şagirdin ATASI saxlanıldı

Hazırda oxunan: Türkiyədə məktəbdə qətliam törədən şagirdin ATASI saxlanıldı

607318

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində Ayser Çalık Orta Məktəbinə silahlı hücum edilib. Atışma nəticəsində üç şagird və bir müəllimin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO


Silahlı hücumu səkkizinci sinif şagirdi həyata keçirib. O, iki sinfə daxil olaraq qarşısına çıxanlara atəş açıb. Hücumda beş silahdan istifadə olunub, 20 daraq güllə atılıb. Hücumu törədən şəxsin atası təqaüddə olan polis əməkdaşıdır.

Bizim.Media xəbər verir ki, silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində hücumu törədən şagirdin atası U.M. saxlanılıb.

Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, hücumçunun çantasından çıxan silahların atasına məxsus olduğu ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO