Rusiya hərbçiləri Qazaxla sərhədi tərk edirlər

Rusiya hərbçiləri Qazaxla sərhədi tərk edirlər

Hazırda oxunan: Rusiya hərbçiləri Qazaxla sərhədi tərk edirlər
230888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndi ilə sərhəddə yerləşən Ermənistanın Voskepar kəndində yerləşən rusiyalı hərbçilər oradan çıxırlar.

Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sarkisyan bildirib.

“Artıq 4-5 gündür ki, ruslar Voskepardakı kazarmalarından texnikanı yığışdırırlar”, - o yazıb.
 

Qeyd edək ki, Voskepar hələ 1990-cı ildə Ermənistanın nəzarətinə keçən Azərbaycanın Yuxarı Əskipara kəndi ilə Aşağı Əskipara kəndi arasında yerləşir.


Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib. Bunlar Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləridir ki, hər üç esklav hazırda Ermənistanın işğalı altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO