Erməni idmançı ölkəsində baş verənləri biabırçılıq adlandırdı

Erməni idmançı ölkəsində baş verənləri biabırçılıq adlandırdı

Hazırda oxunan: Erməni idmançı ölkəsində baş verənləri biabırçılıq adlandırdı

2017

Ermənistanın ağır atletika üzrə tanınmış idmançısı, dünya çempionu, 32 yaşlı Lianna Manukyanın sosal şəbəkədə yazdığı status qalmaqala səbəb olub.

Çox sayda erməni onun statusunu paylaşaraq yazıblar ki, Lianna “bizim deyə bilmədiklərimizi açıq söyləyir”.

Onu dəstəkləyənlərin və eyni fikirdə olanların sayı artaraq Liannanın paylaşımını əsas müzakirə mövzusuna çeviriblər.

Erməni idmançı ölkəsinin xarici borclarının günü-gündən artdığını, Ermənistanın borc bataqlığında üzdüyünü yazıb:

“Buna baxmayaraq, özlərinə maraqlı olan şəxsləri mükafatlandırırlar, nazirliklərdə çalışanlara əmək haqqından əlavə 21% - də artıq pul verirlər. Nəyə və hansı işlərinə görə?"

"Bir çox nazirlər yalnız sadəcə öz çıxarlarını, pullarını və mövqelərini düşünürlər.Bu ölkədə yalnız müxalifətçilər barədə nəsə demək olar. İnsanlar çox ağır şəraitlərdə yaşayırlar, yoxsulluq hər gün artır. Bilmirik müharibəni düşünək, ya müharibə getdiyi bir vaxtda ölkədə baş  verənləri?"

" Məmurlar müharibədən istifadə edib varlanır, sadə insanlar isə acından ölür”.

Lianna sonda qeyd edir ki, "bəzi səbəblərdən bu dəfə az yazdım, növbəti dəfə hər şeyi olduğu kimi deyəcəyəm."

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO