Paşinyan hakimiyyəti Zəngəzuru Azərbaycana verib – Erməni ekspert - VİDEO

Hazırda oxunan: Paşinyan hakimiyyəti Zəngəzuru Azərbaycana verib – Erməni ekspert - VİDEO

20150

Paşinyan hakimiyyəti guya Zəngəzur mahalının (Sünik) heç bir ərazisinin Azərbaycana təhvil vermədikləri barədə xalqa yalan danışmaqdan çəkinmirlər.

Bizim.Media xəbər verir ki, bu barədə politoloq Edgar Elbakyan Facebook səhifəsində yazıb.

“SSRİ Baş Qərargahının və ona əsaslanan Google xəritələrindən göründüyü kimi, Laçın rayonu ilə Ermənistanın Zəngəzur mahalının kəsişməsində yerləşən Qara göl, demək olar ki, tamamilə bizim ərazidədir.

Bu səbəbdən, ərazi "GPS" prinsipinə uyğun olaraq həyata keçirilən qanunsuz "demarkasiya" nəticəsində düşmən tərəfindən işğal edilməməli idi.

Azərbaycanlıların 30 aprel tarixində yayımladığı videodan aydın olur ki, azərbaycanlılar Zəngəzura daxil olaraq əraziləri tamamilə ələ keçiriblər. Azərbaycan maksimum genişləndirmə siyasəti yürüdür, Ermənistanın kapitulyasiya olan hakimiyyət orqanları isə “hər şeyi verək və baş ağrısından qurtaraq” qorxaq prinsipini rəhbər tutur.

Kütləvi informasiya vasitələrini düşmənin videoda göstərilən yerdə necə göründüyü barədə müvafiq qurumlara yazılı sorğu göndərməyə çağırıram”, deyə o, qeyd edib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO