Avrokomissiyanın baş direktoru İrəvanda - Azərbaycana da gələcək - FOTO

Avrokomissiyanın baş direktoru İrəvanda - Azərbaycana da gələcək - FOTO

Hazırda oxunan: Avrokomissiyanın baş direktoru İrəvanda - Azərbaycana da gələcək - FOTO

189697

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Qert Yan Kupman Ermənistana səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün X səhifəsində paylaşım edib.

"Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasındakı yüksək səviyyəli tədbirdən sonra Ermənistana mühüm səfər. Biz Avropa və Ermənistan arasında daha sıx əməkdaşlığın prioritetlərini müzakirə etmək və daha çox dayanıqlılıq və inkişaf üçün yeni planımız çərçivəsində imkanları müəyyən etmək üçün bir sıra erməni nümayəndələri ilə görüşməyi səbirsizliklə gözləyirik", - deyə o qeyd edib. 

Xatırladaq ki, Avrokomissiyanın baş direktoru Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycana da gələcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO