KTMT baş katibi sülhməramlıların Qarabağdan çıxarılmasını ŞƏRH ETDİ

Hazırda oxunan: KTMT baş katibi sülhməramlıların Qarabağdan çıxarılmasını ŞƏRH ETDİ

188373

Qarabağda təhlükəsizliyi təmin etmək üçün Bakının öz qüvvələri var.

Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına toxunan KTMT baş katibi Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək üçün qüvvələrinin olduğunu söyləyib.
“Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - deyə Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO