“Tarixi Ermənistan” “indiki Ermənistan” üçün təhlükədir”- PAŞİNYAN

Hazırda oxunan: “Tarixi Ermənistan” “indiki Ermənistan” üçün təhlükədir”- PAŞİNYAN

186520

““Tarixi Ermənistan” kateqoriyaları çərçivəsində düşünmək real Ermənistanın mövcudluğunu təhdid edir”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib.

Paşinyan çıxışında ölkəsini “əsl Ermənistan”ın xeyrinə “tarixi Ermənistandan” imtina etməyə çağırıb.

Onun sözlərinə görə, “tarixi Ermənistan” ilə “əsl Ermənistan” arasında delimitasiya prosesi Ermənistan və Azərbaycan arasında olduğundan asan deyil. Eyni zamanda, “tarixi Ermənistan” “əsl Ermənistan”ın ərazi bütövlüyünü tanımır”, - deyə o, qeyd edib.

" Bizim real dövlətə, real suverenliyə malik olmayacağımıza zəmanətdir, çünki “tarixi Ermənistan”a baxışımız bizi həmişə soyqırım təhlükəsinin tələsinə aparacaq, bu tələyə düşəcəyimiz üçün xilaskar və himayəçi lazımdır. Ona görə də diqqətimizi hazırkı Ermənistanın maraqlarına xidmət etməyə yönəltməliyik, əks halda xarici təhlükəsizlik çağırışlarını həll etmək şansımız olmayacaq. Real Ermənistan beynəlxalq miqyasda 29 min 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir", - Ermənistan Baş naziri vurğulayıb. Əks halda, o, ölkə daxilində daim təhdid mənbəyinin olacağını bildirib.

Paşinyan deyib ki, soyqırım qorxusu Ermənistanı “forpost” statusunda saxlayacaq.  Forpostun ərazi bütövlüyünə, sərhədlərinə, suverenliyinə ehtiyacı yoxdur. Ona yalnız bir zastava lazımdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO