Kuznetsovdan anklav kəndlərimizlə bağlı MÜHÜM AÇIQLAMA – “Paşinyan ona görə getdi ki...”

Kuznetsovdan anklav kəndlərimizlə bağlı MÜHÜM AÇIQLAMA – “Paşinyan ona görə getdi ki...”

Hazırda oxunan: Kuznetsovdan anklav kəndlərimizlə bağlı MÜHÜM AÇIQLAMA – “Paşinyan ona görə getdi ki...”

183593

“Ermənistan ərazisindəki Azərbaycan eksklavları mövzusu hələ sovet dövründə iki xalq arasında münasibətlərin gərgin nöqtələrindən biri olub”.

Bizim.Media "Caucasian bureau" teleqram kanalına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın hərbi eksperti Oleq Kuznetsov söyləyib.

Ekspert, bu vəziyyətin 1930-cu illərdə, yəni Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının mövcud olduğu vaxtlarda yarandığını xatırladıb.

O vurğulayıb ki, 1988-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsi alovlanan zaman heç kim buna əhəmiyyət vermədi:

“Üstəlik, Ermənistan daxilindəki Azərbaycan anklavları erməni millətçilərinin liderlərinin hakimiyyətə gəlməsindən sonra ilk etnik təmizləmə obyektinə çevrildi. Ermənilər artıq başa düşürdülər ki, eksklavlar azərbaycanlıların ölkədən qovulmasına qarşı müqavimət mərkəzlərinə çevrilə bilər və buna görə də ilk növbədə onlarla məşğul olmaq lazımdır. 1980-ci illərin sonunda onlara qarşı ilk zərbələr vuruldu və bundan sonra Ermənistan SSR ərazisindəki 700 min etnik azərbaycanlının qovulması prosesi başladı”.

Ekspert Azərbaycanın anklavlarla bağlı mövqeyini tam dəqiqliyi ilə əks etdirib və rəsmi Bakı üçün onların geri qaytarılmasının təkcə ərazi və siyasi cəhətdən deyil, həm də tarixi ədalətin bərpası və mənəvi iztirabların ödənilməsi baxımından da çox mühüm olduğunu diqqətə çatdırıb. 

Onun sözlərinə görə, Bakının bu gün İrəvandan tezliklə və qeyd-şərtsiz geri qaytarılmasını tələb etdiyi 4 kəndlə bağlı aşağıdakı nüansları nəzərə alınmalıdır: 

“Ermənilər bu yaşayış məntəqələrini və onların ətrafını heç vaxt özlərinin hesab etməyiblər. Azərbaycan Prezidenti İlham Əliyev baş nazir Paşinyandan tarixi ədaləti bərpa etməyi tələb edən kimi, bu tələb Ermənistan hakimiyyəti tərəfindən etirazla qarşılanmadı. Ona görə ki bunun üçün İrəvanın əlində əsasları yoxdur. Məhz buna görə də baş nazir Paşinyan yerli sakinləri 35 il əvvəl azərbaycanlıları qovduqları evləri və torpaqları boşaltmağa razı salmaq üçün şəxsən Tavuşa (indiki Qazax-Tovuz bölgəsi – red:) gedib. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO