Ermənistanda ÇEVRİLİŞ HAZIRLIĞI – “Paşinyanı ağır günlər gözləyir”

Ermənistanda ÇEVRİLİŞ HAZIRLIĞI – “Paşinyanı ağır günlər gözləyir”

Hazırda oxunan: Ermənistanda ÇEVRİLİŞ HAZIRLIĞI – “Paşinyanı ağır günlər gözləyir”

182561

Son günlər Ermənistanda hərbi çevrilişə dair çağırışlar səslənir. Belə ki, Şirak yeparxiyasının rəhbəri Mikael Ajapayan heç kimin Ermənistanı nəzərə almamasından şikayətlənib və ölkə əhaisini başqalarına güvənməməyə çağırıb.

“Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdır. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən Vətəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”, - deyə o əlavə edib.

Şirak yeparxiyasının bu çağırışı istər-istəməz Paşinyan əleyhinə olan qüvvələri ayağa qaldırmağa hesablanmış addımdır. Paşinyanın son zamanlar qərbpərəst siyasəti daha da gücləndirməsi fonunda görünən odur ki, buna qarşı olan qüvvələr hərəkətə keçirlər.

Xüsusən də, Paşinyan hökumətinin “Zvartnos” hava limanından avqustun 1-nə kimi Rusiya hərbçilərinin çıxarılması tələbi fonunda ölkədə vəziyyət gərginləşir. Bu mənada Şirak yeparxiyası rəhbərinin çağırışı həmin qüvvələr üçün bir siqnal ola bilər.

Belə olan halda görəsən, Paşinyanın sonu yaxınlaşırmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Paşinyanın taleyi Qərb Rusiya qarşıdurmasının nəticəsindən asılı olacaq:

“Ermənistan Rusiya münasibətləri son həddə qədər gərginləşib. İrəvanın “Zvartnos” hava limanından rus hərbçilərinin avqustun 1-ə qədər çıxarılması tələbi artıq ultimatumdur. Rusiya çıxılmaz vəziyyətdədir. Bu tələbi sakit qarşılayıb, geri çəkilsə, nüfuzuna ciddi xələl gələcək. Belədə isə İrəvan Moskvaya qarşı növbəti addımlarını da atacaq.

Rusiya aeroportdan çıxmadığı təqdirdə isə başqa problemlər yarana bilər.

Hazırda Rusiyanın orada lazımi addım atmaq imkanları kifayət qədər məhduddur. Bu şəraitdə ən düzgün yol Moskvanın yardımı ilə Ermənistandakı rusiyapərəst qüvvələrin Paşinyanı devirməyə cəhd etməsidir. Prosesə artıq “din xadimləri” də qoşulub. Görünür, öndərliyi də Ermənistanda müəyyən qədər nüfuzu olan din xadimləri edəcək. Bir sözlə, Ermənistanda Paşinyanın devrilməsi üçün növbəti cəhdə başlanılıb. Bu cəhd əvvəl baş verənlərlə müqayisədə daha ciddi olacaq.

Paşinyan üçün qarşıda kifayət qədər ağır günlər başlayır.

Paşinyanın bu hücum qarşısında dayana bilib-bilməyəcəyi Qərb Rusiya qarşıdurmanın nəticəsindən asılı məsələdir. Ukraynada Qərb Rusiya qarşıdurması Moskvanın üstünlüyü ilə davam edirsə, Qərb Ermənistanda anoloji vəziyyətin yaranmasına imkan verməməyə çalışacaq. Çünki Ermənistanda da təşəbbüs Moskvanın əlinə keçsə və Paşinyan devrilsə, yaranmış vəziyyət Qərbin dünyadakı nüfuzu və bölgədəki planlarına ciddi zərbə vurulacaq. Qarşıda bizi ciddi hadisələr gözləyir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO