Rusiyalı səfirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: "Ermənistan danışıqları ləngidir"

Hazırda oxunan: Rusiyalı səfirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: "Ermənistan danışıqları ləngidir"

177723

"Mənə o qədər də aydın olmayan müxtəlif səbəblərdən erməni tərəfi Zəngəzur dəhlizi ilə bağlı danışıqları ləngidir".

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya”ya müsahibəsində deyib.

"Lakin Bakı ilə Tehran arasında imzalanan və İran ərazisindən keçən dəmir yolu marşrutunun tikintisi məsələni həll edəcək və Rusiya üçün Türkiyəyə yüklərin daşınması üçün əlavə marşrut açılacaq", deyə o, qeyd edib.
“İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolu çəkilsin. Nəticədə biz Azərbaycan, İran və Naxçıvan vasitəsilə Türkiyəyə yük daşımaq imkanı əldə edəcəyik", deyə Yevdokimov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO