Rusiya ABŞ-dakı səfirini geri çağırdı – Yeni müharibə anonsları? 

Rusiya ABŞ-dakı səfirini geri çağırdı – Yeni müharibə anonsları? 

Hazırda oxunan: Rusiya ABŞ-dakı səfirini geri çağırdı – Yeni müharibə anonsları? 
15098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Vaşinqtondakı səfir Anatoli Antonovu məsləhətləşmələr üçün geri çağırıb. Qərar ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar elan etməsindən sonra verilib.

Bizim.Media xəbər verir ki, bu barədə 17 mart çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamada deyilir.

 

MÖVZU İLƏ BAĞLI:

Bayden Putini "qatil" adlandırdı


Moskva qeyd edib ki, Rusiya ilə ABŞ arasındakı münasibətlər kontekstində nə etməyimizi və necə addımlayacağımızı təhlil etmək üçün səfirlə məsləhətləşmələrə ehtiyac var:

"Bizim üçün əsas şey Vaşinqtonun son illərdə dalan vəziyyətə gətirdiyi Rusiya-Amerika əlaqələrini düzəltmək üçün hansı yollar ata biləcəyini müəyyənləşdirməkdir. Amerikalılar riskin nə olduğunu başa düşsələr, onların geri dönməz deqradasiyasının qarşısını almaqda maraqlıyıq". 

Xatırladaq ki, martın 17-də ABŞ Rusiya ilə silah ticarətinə embarqo tətbiq edib. Amerika Ticarət Nazirliyinin müxalifət lideri Aleksey Navalnının işi ilə əlaqədar Rusiyaya qarşı ixrac məhdudiyyətlərini genişləndirdiyi də məlum olub.

Qeyd edək ki, dünən ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini ABC News-a verdiyi müsahibəsində "qatil" adlandırıb.

Onun fikrincə, 2020-ci il ABŞ-da keçirilən seçkilərə Kreml müdaxilə edib.

Bu haqda ABŞ kəşfiyyatı gizli olmayan hesabat yayımlayıb. Hesabatda deyilir ki, Putin prezident Co Baydenin namizədliyinə qara yaxmaq üçün böyük səy göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO