"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı

Hazırda oxunan: "Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı
99586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, günün ikinci oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu qonaqlar vurub. "Gənclik şəhəri" təmsilçisinin heyətində Almir Aqanspahiç 56-cı dəqiqədə fərqlənib. Ağdam klubunun qollarına 67-ci və 88-ci (penalti) dəqiqələrdə Ramil Şeydayev, 73-cü dəqiqədə Musa Qurbanlı imza atıb.
Xallarının sayını 27-ə çatdıran "Qarabağ" birinci pillədə qərarlaşıb. "Sumqayıt" 4 xalla 9-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" Gəncədə "Kəpəz"i iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib - 1:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO