Sərxan müğənnini efirdə BİABIR ETDİ – “Müslümü tanımır” - VİDEO 

Sərxan müğənnini efirdə BİABIR ETDİ – “Müslümü tanımır” - VİDEO 

Hazırda oxunan: Sərxan müğənnini efirdə BİABIR ETDİ – “Müslümü tanımır” - VİDEO 

83524

Aktyor və aparıcı Sərxan Kərəmoğlu açıqlaması ilə diqqət çəkib.  

Bizim.Media xəbər verir ki, o, ad çəkmədən Moskvada restoranların birində xanım müğənninin mərhum SSSR-i Xalq artisti Müslüm Maqomayevi tanımadığını söyləyərək, onu biabır edib.  

“Müslüm Maqomayevlə vida gecəsində iştirak etdim. Sonra Aslanın (mərhum müğənni Aslan Hüseynov – red.) olduğu bir restorana getdim. Orada çıxış edən xanım müğənni də bizə qoşuldu və məni sorğu-suala çəkdi. Dedi ki, gecə necə keçdi?”  

Cavab olaraq söylədim ki, mərhumla vida gecəsində insan seli vardı:  

“Orada cəmi 15 dəqiqə qala bildim. Müslüm Maqomayevi insanlar çox sevir. Onun həyat yoldaşı Tamara Sinyavskayaya yaxınlaşa bilmədim. Tamara xanım məni çox yaxşı tanıyır. Onların evlərində o qədər olmuşam ki... Onlarla münasibətim gözəldir”.  

Sərxan daha sonra bunları deyib:  

“Həmin müğənni dediyim sözlərə “Kim ölüb? O hansı restoranda oxuyurdu?” reaksiyasını verdi.

Onun bu sözlərindən dondum qaldım. Sonra da dedi ki, heç olmasa de bilim ki, o, hansı restoranda çıxış edib. Adam Müslüm Maqomayevin kim olduğunu bilmir və müğənnidir”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO