"Qurd" qız atası oldu – FOTO 

Hazırda oxunan: "Qurd" qız atası oldu – FOTO 

83484

"Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə ana olub.  

Bizim.Media xəbər verir ki, sənətçinin xanımı ana olması ilə bağlı sosial şəbəkə hesabında “12.07.2022” tarixini yazıb.  

Qız övladını dünyaya gətirən Leyla sosial şəbəkədə onu təbrik edən yaxın dostlarının paylaşımlarını “repost” edərək, təşəkkürünü bildirib.  

Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.  

Fəridin isə bu ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.  

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO