“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

Hazırda oxunan: “Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO
611685
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin 28 aprel – 06 may tarixlərində Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, hərbi-idman oyunlarında respublikanın 36 rayon və şəhərindən 181 ümumtəhsil məktəbinin 905 şagirdi iştirak edib.
 

Yarışın final mərhələsinin nəticələrinə əsasən Qusar rayon Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Zeyxur” komandası final mərhələsinə vəsiqə qazanmış 11 komanda arasında II yerdə qərarlaşıb.


Yarış müddətində iştirakçılar sərhədçilərin xidməti-döyüş fəaliyyəti və məişət şəraiti ilə yaxından tanış olmuş, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi bilik və idman yarışlarında fəal iştirak ediblər.

Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatın adından parlaq qələbə münasibətilə rayonun idman ictimaiyyətini, Yuxarı Zeyxur kənd tam orta məktəbinin kollektivini, “Zeyxur” komandasının bütün üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO - foto 1
“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO - foto 2
“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO - foto 3
“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO