Makron siyasətdən getmək İSTƏYİR

Makron siyasətdən getmək İSTƏYİR

Hazırda oxunan: Makron siyasətdən getmək İSTƏYİR
609097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasətlə məşğul olmayacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

Makron bildirib ki, 2027-ci ildə Yelisey sarayından ayrıldıqdan sonra artıq siyasi fəaliyyət göstərməyəcək.

“Əvvəllər heç vaxt siyasətlə məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam”, — deyə o, Nikosiya şəhərində yerləşən Fransa-Kipr məktəbində şagirdlərlə görüşü zamanı bildirib. Fransa prezidenti Kiprə Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün rəsmi səfər edib.
 

Makron qeyd edib ki, prezidentliyi dövründə ən çətin məsələ əldə olunan nəticələri qorumaq və tam reallaşdırıla bilməyən planları düzəltmək üçün kifayət qədər enerjini saxlamaqdır.


“9 ildən sonra ən çətin olan yaxşı etdiklərini qorumaq və irəli getməyə çalışmaqdır, amma bəzən səhv etdiklərini də düzəltməlisən”, - deyə Fransa lideri vurğulayıb.

Qeyd edək ki, Fransada növbəti prezident seçkiləri 2027-ci ilin aprel ayında keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO