İybilmə, dadbilməsi bərpa olmayanlar nə etməlidir? - İnfeksionistdən AÇIQLAMA 

Hazırda oxunan: İybilmə, dadbilməsi bərpa olmayanlar nə etməlidir? - İnfeksionistdən AÇIQLAMA 

59844

COVİD-19-a yoluxub sağalsaq belə, sonradan əksər hallarda onun orqanizmə vurduğu zərərləri müşahidə etmiş oluruq. Bunlara misal olaraq dadbilmə, iybilmə qabiliyyətinin itirilməsini misal göstərə bilərik. Hətta rus həkimlər "Omicron" ştamına yoluxmuş şəxslərin daha sonra eşitmə qabiliyyətində problemlərlər yaşadığını da diqqətə çatdırıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusdan sonra iybilməni qaytarmağın TƏBİİ ÜSULU - VİDEO


Həkim infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan problemlər tədricən bərpa olunacaq və buna görə müalicəyə ehtiyac yoxdur: 

"Koronavirusu keçirən insanlarda bəzi əlamətlər qala bilər. Buna Post-COVID sindromu deyilir. Yəni qalan əlamətlər koronavirusdan sonrakı dövrün əlamətləridir. Ancaq koronavirusdan vaxtında, düzgün müalicə olunub sağalandan sonra qeyd olunan problemlərə görə, təkrar müalicəyə ehtiyac yoxdur". 

Həkim adıçəkilən sindromdan əziyyət çəkənlərin yanaşı xəstəlikləri olmadığı təqdirdə yalnız qidalanma və həyat tərzlərinə diqqətli yanaşmalarını tövsiyə edib: 
 

"Yanaşı xəstəliyi olanlar müəyyən qidalara qarşı diqqətli olmalıdırlar. Əks halda sadəcə hər kəsin qidalandığı kimi normal şəkildə qidalanmalıdır.


Tərkibində minerallar, zülallar, vitaminlər olan qidalardan daha çox istifadə olunmalıdır. Sağlam həyat tərzi yaşamalı, açıq havada gəzməli, normal yuxu ritminə riayət etməlidir ki, Post-COVID dövründə hansısa əlamətlər qalıbsa, onlar yoxa çıxsın. Bəzi xəstələrdə yoluxub sağalandıqdan sonra 3-4 ay müddətində iybilmə bərpa olunmur, hətta bundan daha gec bərpa olunur. Buna görə isə heç bir müalicəyə ehtiyac yoxdur. Bütün bu əlamətlər tədricən keçib gedir". 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO