Əraqçidən Hörmüz açıqlaması: “Yeni dəniz marşrutuna çox yaxınıq”

Əraqçidən Hörmüz açıqlaması: “Yeni dəniz marşrutuna çox yaxınıq”

Hazırda oxunan: Əraqçidən Hörmüz açıqlaması: “Yeni dəniz marşrutuna çox yaxınıq”

630004

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır.

Bizim.Media İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbuat konfransında bildirib.
 

"Omanla Hörmüz boğazının idarə edilməsinin hüquqi mexanizmi və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir. Biz razılaşmaya çox yaxınıq, lakin boğazın açılması ABŞ-nin İslamabad memorandumu ilə bağlı yol verdiyi pozuntuların nəticələrinin aradan qaldırılması da daxil olmaqla digər şərtlərdən asılıdır", - o deyib.


Əraqçinin sözlərinə görə, daha əvvəl qüvvədə olan gəmilərin hərəkətinin ayrılması sistemi artıq İranı qane etmir.

Əhəmiyyətli texniki və hüquqi çətinliklərlə müşayiət olunan yeni sxemin hazırlanması zəruridir.

"Bu çətinliklər nəzərə alınmaqla, hazırda müvəqqəti marşrut müzakirə olunur. O, yeni daimi sxem razılaşdırılana qədər fəaliyyət göstərəcək və onun əsasına çevriləcək. İran və Omanın hərbi və hərbi dəniz nümayəndələri mövcud xəritələr əsasında danışıqlar aparıblar. Bu danışıqlara yekun vurulduqdan sonra yeni marşrut müəyyən ediləcək", - nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO