Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq?

Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq?

Hazırda oxunan: Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq?

630077

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar ABŞ-nin “İnter Mayami” komandasına keçə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Braziliya mətbuat məlumat yayıb.

Ulduz futbolçunun karyerasını məhz Mayami təmsilçisində başa vuracağı gözlənilir.

İddiaya görə, transfer 2027-ci ilin yanvar ayında reallaşa bilər. Heyətində Lionel Messi, Kazemiro və Luis Suares kimi oyunçular olan “İnter Mayami”nin növbəti hədəfi Neymardır.

Qeyd edək ki, hazırda Lionel Messi də “İnter Mayami”də çıxış edir. Neymar vaxtilə "Barselona" və PSJ-də Messi ilə komanda yoldaşı olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO