“Azərbaycan və Ermənistan liderləri davamlı sülhə yol açıblar” - FOTO

“Azərbaycan və Ermənistan liderləri davamlı sülhə yol açıblar” - FOTO

Hazırda oxunan: “Azərbaycan və Ermənistan liderləri davamlı sülhə yol açıblar” - FOTO

630019

Avropa İttifaqı (Aİ) Vaşinqton sammitindən sonra Bakı və İrəvan tərəfindən atılan müsbət və konstruktiv addımları alqışlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono 2025-ci il avqustun 8-də keçirilmiş tarixi Vaşinqton sammitinin birinci ildönümü münasibətilə "X" sosial şəbəkəsində yazıb.
 

"Aİ o vaxtdan bəri sülh prosesinin daha da institutlaşdırılması və irəli aparılması üçün atılmış bir sıra müsbət və konstruktiv addımları alqışlayır", - o qeyd edib.


Qrononun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri davamlı və geridönməz sülhə yol açıblar.

O, həmçinin vurğulayıb ki, Aİ sülh və barışıq yolunda hər iki ölkəyə və onların cəmiyyətlərinə dəstək göstərməyə davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO