Quba Soyqırımı Memorial Kompleksi baxımsız vəziyyətdə: Bərpa niyə gecikir? - VİDEOSÜJET

Quba Soyqırımı Memorial Kompleksi baxımsız vəziyyətdə: Bərpa niyə gecikir? - VİDEOSÜJET

Hazırda oxunan: Quba Soyqırımı Memorial Kompleksi baxımsız vəziyyətdə: Bərpa niyə gecikir? - VİDEOSÜJET

629854

Erməni vəhşiliyinin əyani sübutu olan Quba Soyqırımı Memorial Kompleksinin bərpası gecikir. Bir neçə ildir kompleksin əsaslı şəkildə bərpa ediləcəyi bildirilsə də prosesə hələ də başlanılmayıb.

Çəkiliş qrupumuz Quba Soyqırımı Memorial Kompleksinə baş çəkərək real vəziyyəti yerində müşahidə edib:

Kompleksin təkcə xarici görünüşü deyil, daxili hissəsi də acınacaqlı vəziyyətdədir. Tavandan sızan yağış suları taxta konstruksiyalara ciddi ziyan vuraraq onları yararsız hala salıb.
 

Kompleksə aparan pilləkənlərdə də iri çatlar yaranıb. Bərpa işləri gecikdikcə vəziyyət daha da kritikləşir.


Məsələ ilə bağlı sorğumuza  Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova şifahi şəkildə bildirdi ki, bərpa işləri ilə bağlı tender artıq keçirilib və yaxın zamanda təmir işlərinə başlanılması nəzərdə tutulur. Lakin işlərin dəqiq başlanma tarixi barədə məlumat verilməyib.


Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO