Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Hazırda oxunan: Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

630068

Finlandiya vətəndaşlıq müraciəti edənlər üçün Finlandiya cəmiyyətinin işləmə prinsipi ilə bağlı biliklərini yoxlayan bir imtahan tətbiq edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın "Yle” yayım şirkəti ölkənin miqrasiya xidmətinə istinadən məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, 2 mart 2027-ci il tarixindən etibarən bütün vətəndaşlıq müraciəti edənlər Finlandiya cəmiyyəti haqqında biliklərini qiymətləndirən imtahandan keçməli olacaqlar. 

Bununla belə, həmin tarixdən əvvəl müraciət etmiş şəxslər bu imtahan tələbindən azaddırlar.

Qeyd olunub ki, testin məqsədi şəxsin ölkədə yaşaya və onun qaydalarına uyğun hərəkət edə biləcəyini müəyyənləşdirməkdir. Xüsusilə, söhbət qanunvericiliyin əsas məqamlarından, insan hüquqlarından, bərabərlik məsələlərindən, eləcə də Finlandiya tarixindən və mədəniyyətindən gedəcək. İmtahanı 18 yaşından 65 yaşınadək olan şəxslər verəcəklər. Fin və ya isveç dilində ali və ya orta təhsil haqqında sənədi olanlar isə bu imtahandan azad ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO