11 ildir saçını kəsdirmir: Dünya rekordu qırdı - VİDEO

11 ildir saçını kəsdirmir: Dünya rekordu qırdı - VİDEO

Hazırda oxunan: 11 ildir saçını kəsdirmir: Dünya rekordu qırdı - VİDEO

630089

Hindistan sakini Renu Dhariyal hazırda yaşayan qadınlar arasında saç uzunluğuna görə dünya rekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, Ginnesin Dünya Rekordları kitabının ekspertləri onun saçlarını ölçərək uzunluğunun 2,69 metr olduğunu müəyyənləşdiriblər. Bu barədə UPI məlumat yayıb.

Dhariyal 2015-ci ildən bəri saçlarını kəsdirmir. Onun sözlərinə görə, bu qərarı uzun saçların gözəllik simvolu hesab edildiyi Hindistan ənənələrindən ilhamlanaraq verib.

Yeni rekordçu əvvəlki göstəricinin sahibi, ukraynalı Aliya Nasırovanın rekordunu geridə qoyub. Nasırovanın saçlarının uzunluğu 2,57 metr olub.
 

Dhariyal etiraf edir ki, bu uzunluqda saçlara qulluq etmək böyük səbir tələb edir. Saçlarını yumaq və dolaşıqlarını açmaq saatlarla vaxt aparır.


Rekordçu kimyəvi vasitələrdən istifadə etmir. O, evdə hazırladığı yağlara və şampunlara üstünlük verir. Dhariyal öz saç baxımı reseptlərini YouTube-da da izləyiciləri ilə bölüşür.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO