Dünya çempionatında 3 bürünc medal ŞANSI

Dünya çempionatında 3 bürünc medal ŞANSI

Hazırda oxunan: Dünya çempionatında 3 bürünc medal ŞANSI
577089
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün həm qadın, həm də sərbəst güləş üzrə milli komandalarımızın üzvləri xalçaya çıxıb.

Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabıyla məğlub olub.

Günay Qurbanova (59 kq) debütdə bolqarıstanlı Viktoriya Boynovaya şans tanımayıb – 8:1. Həmyerlimiz növbəti mərhələlərdə moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda yaponiyalı Ruka Natamiylə qarşılaşan Günay son saniyələrdə qələbəni əldən verib – 1:3. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.

Birgül Soltanova (62 kq) təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya “tuş”la uduzub.

Maqomed-Başir Xaniyev (74 kq) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisə tam üstünlüklə (10:0) qalib gəlib. Təmsilçimiz 1/8 finalda ermənistanlı Qriqor Çolakyandan güclü olub – 14:5. Xaniyev Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Xaniyev finalın bir addımlığında türkiyəli Muhammed Özmuşa məğlub olub – 3:7. Maqomed-Başir sabah bürünc medal uğrunda güləşəcək.

Sadiq Mustafazadə (92 kq) ispaniyalı Muxammedsultan Kopbayevi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda iranlı Mohammadmobin Azimiylə bacarmayıb – 0:8. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO