9 ayda adambaşına nə qədər gəlirimiz olub? - RƏSMİ

9 ayda adambaşına nə qədər gəlirimiz olub? - RƏSMİ

Hazırda oxunan: 9 ayda adambaşına nə qədər gəlirimiz olub? - RƏSMİ
44298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 42 milyard 251,7 milyon manat olub.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hər nəfərə düşən nominal gəlir orta hesabla 4219,3 manat təşkil edib.

Məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 milyard 906 milyon manatlıq vəsait qalır. Bir nəfərin sərəncamına düşən məbləğ isə 3756,0 manat təşkil edir.  

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin nominal gəlirləri artıb.

Belə ki, 2020-ci ilin yanvar-sentyabrında əhalinin nominal gəlirləri 41 milyard 438,6 milyon manat olub. Hər nəfərə düşən nominal gəlir orta hesabla 4155,6 manat təşkil edib.

Xatirə, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO