Azərbaycan 2022-ci ildə bu sahəyə 6 milyard manat xərcləyəcək

Azərbaycan 2022-ci ildə bu sahəyə 6 milyard manat xərcləyəcək

Hazırda oxunan: Azərbaycan 2022-ci ildə bu sahəyə 6 milyard manat xərcləyəcək
43430
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələn il Azərbaycanda dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5,932 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bunun 4 992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2 790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2 200 milyon manatını işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xərcləri təşkil edəcək.

Bundan başqa, gələn il büdcədən nəqliyyat və rabitəyə 218 milyon manat, kommersiya fəaliyyətinə 56 milyon manat, geodeziya və faydalı qazıntılara 8 milyon manat, yanacaq və energetikaya 2 milyon manat, iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə isə 656 milyon manat xərclənməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO