Məhkəmə və hüquq mühafizə sahələrinə ayrılacaq vəsaitin məbləği açıqlandı

Hazırda oxunan: Məhkəmə və hüquq mühafizə sahələrinə ayrılacaq vəsaitin məbləği açıqlandı

43423

Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin məbləği açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Belə ki, 2022-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına 2 362 101 755,0 manat vəsait ayrılıb.

Bu məbləğin 367 296 211,0 manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 390 706,0 manatı məhkəmə hakimiyyətinə, 1 767 323 977,0 manatı hüquq mühafizəyə, 102 704 436,0 manatı prokurorluğa, 10 000 000,0 manatı məhkəmə qərarlarının icrasına, 4 386 425,0 manatı hüquqi yardıma ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO