Bakı Limanının ümumi yük dövriyyəsi nə qədər artıb? - STATİSTİKA

Bakı Limanının ümumi yük dövriyyəsi nə qədər artıb? - STATİSTİKA

Hazırda oxunan: Bakı Limanının ümumi yük dövriyyəsi nə qədər artıb? - STATİSTİKA
42093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin doqquz ayı ərzində Bakı Limanın da ümumi yükaşırmanın həcmində nəzərəçarpacaq artım müşahidə edilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Bizim.Media-ya bildirilib ki, ötən ilin müvafiq dövründə limanda 3 milyon 564 min tondan çox yük aşırılmışdısa, 2021-ci ilin eyni dövründə bu rəqəm 4 milyon 298 min tondan çox olub.

Bu isə 21 faiz artımdan xəbər verir. Bu ilin üç rübündə tranzit yüklərin payı isə ümumi yükaşırmanın 93 faizini təşkil edib.
 

Bakı Limanında ayrı-ayrı sahələr üzrə göstərilən xidmətlərə görə isə sözügedən dövrdə ən çox artım məhz quru yük aşırmalarında qeydə alınıb.


Belə ki, bu ilin yanvar-sentyabr aylarında limanda aşırılan quru yükün həcmi 856 min tondan çox olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 69 faizlik artım deməkdir. Yükün əsas hissəsini isə Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib. Bundan başqa müvafiq dövrdə Bakı Limanında aşırılan konteynerlərin sayında da artım qeydə alınıb. Bu ilin üç rübü ərzində aşırılan konteynerlərin həcmi TEU ekvivalentində 30 min 774 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO