Azərbaycan bu ölkə ilə ticarət əlaqələrini genişləndirəcək - FOTO

Azərbaycan bu ölkə ilə ticarət əlaqələrini genişləndirəcək - FOTO

Hazırda oxunan: Azərbaycan bu ölkə ilə ticarət əlaqələrini genişləndirəcək - FOTO
41342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Özbəkistan xarici işlər nazirinin birinci müavini Farhod Arziyev ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi, bu münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğuladı.
 

MÖVZU İLƏ BAĞLI:

Uqanda və Azərbaycan siyasi məsləhətləşmələr aparacaq - Nazirlər görüşdü


Görüşdə, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verib.

Tərəflər müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO