Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı

Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı

Hazırda oxunan: Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı
264698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan türkiyəli qəssaba hökm oxunub.

Bizim.Media "Qaynarinfo.az"a istinadən xəbər verir ki, 6 avqust 1993-cü ildə Türkiyənin Bursa şəhərində anadan olmuş T.B. barəsində Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə cinayət işinə məhkəmədə baxılıb.
 

Məlum olub ki, T.B. Bursa şəhərində qəssab işləyib və orada törətdiyi cinayət əməlinə görə ötən ilin avqust ayında saxta sənədlərlə Azərbaycana gəlib.


Xırdalan şəhərində kirayə ev tutan təqsirləndirilən şəxs həyat yoldaşı R.Ç. və 2 övladını Türkiyədən Bakıya gətirərək, birlikdə yaşayıblar.
 

16 aprel 2025-ci il tarixdə həyat yoldaşının və övladlarının Azərbaycanda müvəqqəti qalma müddəti bitdiyi üçün onları Bakı-İstanbul reysi ilə Türkiyəya göndərib.


Özü isə işləmək üçün Miqrasiya Xidmətindən icazə ala bilmədiyinə görə, Gürcüstana getmək qərarına gəlib.
 

O, əldə etdiyi saxta pasportla Gürcüstan sərhədinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


Məhkəmənin qərarı ilə T.B.-yə 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO