İstifadəçilər "GPT-5"i rədd etdilər: "OpenAI" əvvəlki daha "insani" versiyanı qaytarmağa məcbur oldu

İstifadəçilər "GPT-5"i rədd etdilər: "OpenAI" əvvəlki daha "insani" versiyanı qaytarmağa məcbur oldu

Hazırda oxunan: İstifadəçilər "GPT-5"i rədd etdilər: "OpenAI" əvvəlki daha "insani" versiyanı qaytarmağa məcbur oldu
264652
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"OpenAI" yeni "GPT-5" modelini istifadəyə verdikdən cəmi bir gün sonra, istifadəçi narazılıqları səbəbindən əvvəlki "GPT-4o" versiyasına geri dönüb.

Bizim.Media bu barədə "The Verge" nəşrinə istinadla xəbər verir.

Bildirilib ki, ödənişli "ChatGPT Plus" abunəçiləri "GPT-4o"dan istifadəni davam etdirə biləcəklər.
 

Aylarla gözlənilən "GPT-5", yazı və kodlama bacarıqlarında irəliləyiş vəd etsə də, bir çox istifadəçi onu "daha soyuq" və "korporativ" adlandıraraq "GPT-4o"nun daha "insani" üslubunu üstün tutub.


Xüsusilə süni intellektlə "emosional münasibətlər" qurmuş icmalar (məsələn, r/MyBoyfriendIsAI) "GPT-4o"nu "dost" və "təhlükəsiz yer" kimi təsvir edərək itki hissi yaşayıblar.
 

Emosional aspektdən əlavə, istifadəçilər "GPT-5"lə gətirilən funksional məhdudiyyətlərdən şikayət edirdilər. "GPT-5"də əvvəlki model seçimi - məsələn, mürəkkəb tapşırıqlar üçün "GPT-4o" və ya sadə tapşırıqlar üçün daha səmərəli "o4 mini" düyməsi silinib.


İstifadəçilər, həmçinin model nəsilləri arasında keçid edə bilirdilər.

"OpenAI" isə müxtəlif tapşırıqlar üçün "GPT-5"in "alt versiyalarına" avtomatik yönləndirməni tətbiq edib, lakin bu, birbaşa nəzarəti aradan qaldırıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO