
- A-
- A
- A+
33 azərbaycanlı Rusiyadan DEPORTASİYA EDİLDİ
2025-ci ilin yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən 1000-ə yaxın qanun pozucusu öz vətənlərinə deportasiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “tagilcity.ru” məlumat yayıb.
Qovulanların əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.
Belə ki, göstərilən müddət ərzində Tacikistandan 400-dən çox, Özbəkistandan 300-ə yaxın və Qırğızıstandan olan 130-dan çox qeyri-qanuni mühacir vətənlərinə göndərilib.
Deportasiya edilənlər siyahısında 33 azərbaycanlı da var. Gürcüstan, Misir və Çindən olan az sayda xarici ölkə vətəndaşı da (1 nəfərdən 6 nəfərə qədər) bölgəni tərk etməyə məcbur olub.
Məlumata görə, deportasiya edilən şəxslərin hamısı Rusiyaya işə düzəlmək məqsədi ilə gəlsələr də, qanuni əsas olmadan ölkədə olublar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































