Ukrayna Tatarıstandakı PUA anbarını belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna Tatarıstandakı PUA anbarını belə məhv etdi – ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna Tatarıstandakı PUA anbarını belə məhv etdi – ANBAAN VİDEO
264284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) Tatarıstan Respublikasının Kizil-Yul yaşayış məntəqəsində yerləşən logistika mərkəzinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, həmin mərkəzdə istifadəyə hazır “Şahed” kamikadze dronları və onlara aid xarici komplektlər saxlanılırdı.
 

Yayılan videogörüntülərdə PUA-nın mərkəz binasına dəyməsi və ardınca yanğın baş verməsi əks olunub. Məlumata görə, buraxılış nöqtəsindən hədəfə olan məsafə təxminən 1300 kilometr olub.


SBU bildirib ki, Ukraynanı hər gecə hədəfə alan “Şahed” dronlarının saxlandığı anbarlar qanuni hərbi hədəflərdən biridir:

“Hər belə uğurlu xüsusi əməliyyat düşmənin işğalçı müharibə aparmaq imkanlarını azaldır”.
 

Qeyd edək ki, sosial şəbəkələrdə “Şahed” istehsalı ilə bağlı obyektlərə zərbələr və yanğınlar barədə məlumatlar yayılıb.


Ukraynalı analitiklərin sözlərinə görə, Yelabuqa şəhərindəki “Şahed” yığma sexlərinə “Lütıy” tipli dronlarla hücum edilib. Yelabuqa Rusiya zərbə PUA-larının istehsal mərkəzlərindən biridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO